Paşinyan “Meğri dəhlizi”ndən danışdı: “Məsələ bir qədər fərqlidir”

15:05 - 07 Dekabr
    2460 oxunma

Ermənistanın Baş naziri Nikol Paşinyan "Meğri dəhlizi”ndən danışıb. Paşinyan Bakı, Moskva və İrəvan arasında imzalanmış üçtərəfli bəyanatda "Meğri” və "dəhliz” sözləri yoxdur. 

"Bəyanatda "dəhliz” sözü yalnız Laçınla bağlı hissədə keçir. Meğriyə gəldikdə, burada "dəhliz” anlayışı yoxdur. Ancaq başqa bir məsələ var – nəqliyyat infrastrukturunun blokadadan çıxarılması. Gələcəyə baxmaq istəyiriksə, iqtisadi həyatda yeni amillərin yaranma ehtimalı barədə düşünməliyik.

Ermənistan-Rusiya və Ermənistan-İran dəmir yolunun bərpası iqtisadiyyatımızda əhəmiyyətli dəşikliyə səbəb olacaqmı? Məncə, bəli. Məsələyə bu kontekstdə yanaşsaq, görərik ki, mənzərə fərqlidir. Ancaq indi həll etməli olduğumuz daha vacib məsələlər var”, - deyə Paşinyan əlavə edib.

Baş nazir bildirib ki, hazırda Ermənistan-Azərbaycan sərhəddində hər hansı gərginlik yoxdur. "Müharibədən sonra əsgərlərin yaşayış şəraiti ilə bağlı bəzi problemlər ortaya çıxıb. Hökumət hazırda bu problemin həlli ilə məşğuldur”, - deyə o qeyd edib.

Paşinyan "Megri dəhlizi” barədə deyilənləri əslində bir qədər fərqli formada təqdim edib. Baş nazirin sözlərindən belə anlaşılır ki, İrəvan Ermənistan-Rusiya və Ermənistan-İran dəmir yol xəttinin bərpasına çalışır. Bu halda Naxçıvanla Azərbaycan arasında da quru yolunun açılması gündəmə gələcək ki, bu da Meğri vasitəsilə həyata keçirilə bilər.

Digər tərəfdən, üçtərəfli sazişdə SSRİ dövründəki sərhədlər əsas götürülür. Eyni zamanda həmin dövrdəki kommunikasiya xətlərinin bərpa olunması nəzərdən keçirilir. Həmin dönəmdə isə Meğri Naxçıvanla Azərbaycanı birləşdirən dəhliz rolunu oynayıb.

Yeri gəlmişkən, bu Muxtar Respublika ilə Azərbaycan arasını birləşdirən yeganə dəhlizdir. Beləliklə, Paşinyan faktiki dolayısı ilə bu məsələnin nəzərdən keçirildiyinə eyham edib.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi





Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84