Paşinyan kimdən qorxur? - Parlamentin iclasına zirehli jiletlə qatıldı - Foto
11:50 - 21 Yanvar
-
5760 oxunma
.jpg)
44 günlük müharibədəki məğlubiyyətindən sonra Ermənistanda istefası tələb edilən və getdiyi hər yerdə ictimaiyyətin, müxalifətin sərt reaksiyası ilə qarşılaşan Ermənistan Baş naziri Nikol Paşinyan parlamentin iclasına zirehli jiletlə qatılıb.
Bizimxeber.az xəbər verir ki, bu barədə erməni politoloq Robert Makaryan məlumat yayıb. O, Baş naziri “zirehli jilet geyinən qorxaq” adlandırıb. “Parlamentdəki sual-cavabda “Ali qorxaq” zirehli pencək geyinir? Videonu izləyərək bunu görə bilərsiniz”, - deyə siyasətçi bildirib.
Loading...
Haqqımızda
“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp - (077) 611-44-00; (050) 514-27-84