“Paşinyan getsə belə razılaşma dəyişməyəcək”

14:58 - 11 Noyabr
    1650 oxunma

“Ermənistanın Baş naziri Nikol Paşinyan vəzifədən getsə belə razılaşma dəyişməyəcək. Razılaşmaya görə, çıxarılma 20 gün içində tamamlanacaq”. Bu sözləri Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Leyla Abdullayeva Türkiyənin Demirören Xəbər Agentliyinə (DHA) açıqlamasında bildirib.

Nazirlik rəsmisi Qarabağ qələbəsindən sonrakı proses barədə danışıb: “Razılaşmanın həyata keçirilməsi ilə bağlı nəzarət mərkəzi yaradılacaq. Razılaşmada hansısa bir ölkənin adı keçmir. Bu, suallar yarada bilər. Ancaq bölgədə nəzarətə Rusiya ilə birlikdə Türkiyə də edəcək. Türkiyənin də atəşkəsə nəzarət müşahidə mərkəzində olacağı dəqiqdir”.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi
Loading...



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84