.
.

Paşinyan Ermənistan Təhlükəsizlik Şurasının iclasını keçirdi

13:24 - 01 Mart
    5600 oxunma


Bu gün Ermənistan baş nazir Nikol Paşinyanın rəhbərliyi altında Təhlükəsizlik Şurasının iclası keçirilib. 

Bizimxeber.az erməni mətbuatına istinadən xəbər verir ki, hökumətin mətbuat xidmətinin məlumatına görə, iclas iştirakçıları Ermənistanın daxili və xarici təhlükəsizliyinə aid məsələləri, dövlət qarşısında duran çağırışları və onların aradan qaldırılması yollarını müzakirə ediblər. 

Görüşdə Ermənistan prezidenti Armen Sarkisyan və Silahlı Qüvvələrin Baş Qərargah rəisi Onik Qasparyan iştirak etməyib.

Xatırladaq ki, fevralın 25-də Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisinin Paşinyanın istefasını tələb etməsindən sonra siyasi böhran daha da dərinləşib. Bu, hökumət başçısı tərəfindən Baş Qərargah rəisinin birinci müavini, Tiran Xaçatryanın vəzifəsindən kənarlaşdırılmasından sonra baş verib. 
Qeyd edək ki, Xaçatryan baş nazirin "partlamayan "İskəndər" lər haqqında bəyanatını tənqid etdikdən sonra tutduğu vəzifədən azad edilib. 

Buna cavab olaraq, Baş nazir Nikol Paşinyan çevriliş cəhdini bəyan edib və vətəndaşları Respublika Meydanında "inqilabı müdafiə etmək"üçün toplaşmağa çağırıb. O, həmçinin məlumat verib ki, Silahlı Qüvvələrin Baş Qərargah rəisi Onik Qasparyanın tutduğu vəzifədən çıxarılması haqqında qərar imzalayıb. Lakin prezident Armen Sarkisyan bu sənədi imzalamayıb və etirazcasına bəyanatı baş nazirin aparatına göndərib. Bununla yanaşı, Paşinyan sənədi təkrarən prezidentə göndərib.

Müxalifət isə öz növbəsində, Yerevanın mərkəzi prospektində parlament binasının yaxınlığında Çadırlar quraraq, müddətsiz etiraz aksiyalarının başlandığını bəyan edib.

Bizimxeber.az

DAHA TEZ MƏLUMATLANMAQ ÜÇÜN FACEBOOK SƏHİFƏMİZİ



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84