“Paşinyan bizi müharibəyə və müharibədə məğlubiyyətə aparır” – İrəvanda təlaş, baş nazirə vaxt qoyuldu

18:25 - 26 İyun
    1510 oxunma

“Artıq iki ildir ki, Ermənistan hakimiyyəti xarici idarəçilik altındadır. Bu idarəetmənin həyata keçirildiyi mərkəzdə böyük bir səhm paketi (bəlkə də nəzarət paketi) Azərbaycana məxsusdur”.

Belə bir iddianı tanınmış erməni politoloqu, Ermənistan prezidentinin 1992-95-ci illərdə xüsusi tapşırıqlar üzrə səfiri, Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru David Şahnazaryan “Ermənistanın səsi”nə müsahibəsində irəli sürüb.

Onun sözlərinə görə, Paşinyan iqtidarı Azərbaycanın “5-ci kolonu”dur: “Frankonun dediyi “5-ci kolon”dan fərqli olaraq, Paşinyanın “5-ci kolon”u Azərbaycanın digər kolonları işə cəlb olunmamışdan xeyli əvvəl Ermənistanın dövlət qurumlarına hücuma başlayıb. Bu hakimiyyət Azərbaycanın maraqlarına xidmət edir. Bu mərkəzdə digər geosiyasi qüvvələrin də səhmləri var. Onların vəzifəsi Ermənistanın dövlət strukturlarını, ilk növbədə də dövlət təhlükəsizliyinə cavabdeh olan qurumları zəiflətməkdir ki, Qarabağ münaqişəsi Azərbaycanın ssenarisi üzrə həll olunsun”, – deyə Şahnazaryan qeyd edib.

Erməni politoloq hesab edir ki, Nikol Paşinyanın siyasəti ölkəni yeni müharibəyə aparır, Paşinyanın özü isə bu müharibədə məğlub olmağı planlaşdırır. “Nə qədər ki, Paşinyan iqtidardadır, müharibə qaçılmazdır”, – deyə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş şefi vurğulayıb.

Nikol Paşinyan koronavirusa yoluxub - Report.az

Bununla belə, o, Nikol Paşinyanın devriləcəyi və həbs olunacağına əminlik ifadə edib: “Biz imkan verə bilmərik ki, Azərbaycanın maraqlarına xidmət edən bir şəxs hərbi əməliyyatlara rəhbərlik etsin. Heç bir genişmiqyaslı repressiya bizi dayandırmayacaq. Diqqət edin, 26 iyun tarixində (Azərbaycanda ordu günü – red.) bizi Bakıdan hansı bəyanatlar gözləyir? Əminəm ki, bu, yenə davakar bəyanatlar olacaq, bu bəyanatlarda dünya birliyinin Azərbaycana münaqişəni müharibə yolu ilə həll etmək hüququ verdiyi vurğulanacaq. Yeri gəlmişkən, Avropa Parlamentinin bu yaxınlarda qəbul etdiyi qətnaməni xatırladım. Orada güc tətbiq edilməməsi və münaqişənin dinc yolla həlli prinsipi Dağlıq Qarabağ münaqişəsinə şamil edilmir və Avropa Birliyi və Avropa ölkələri ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsiplərinin tətbiqi yönündə məcburedici səylər dəstəkləyəcək. Başa düşdüyünüz kimi, söhbət Azərbaycanın sərhədlərindən gedir”.

Erməni müxalifətinin ölkədaxili prosesdəki rolundan danışan Şahnazaryan, hakimiyyətin devrilməsində ona ən güclü tərəfdaşın elə Paşinyanın özü olduğunu söyləyib. “Koronavirusun yayılması fonunda Nikol Paşinyanın ölkəni hansı vəziyyətə gətirdiyini nəzərə almaq kifayətdir. Düşünmürəm ki, bu, bacarıqsızlığın və ya savadsızlığın nəticəsidir. Əminəm ki, biz erməni xalqına qarşı qəsd siyasətinin şahidiyik. Bu, məqsədyönlü bir siyasətdir” – Şahnazarov əlavə edib.

***

“Ermənistan baş naziri Nikol Paşinyan faktiki olaraq küncə sıxılıb. Bir vaxt əldə etdiyi xalq dəstəyi indi onun özünə qarşı yönəlib. Son zərbəni isə “Daşnaksütyun”, “Çiçəklənən Ermənistan” və “Vətən” partiyalarının liderləri vura bilər.
Bu sözləri isə Axar.az-a açıqlamasında ermənişünas alim İsmayıl Tanrıverdi adı çəkilən üç partiyanın az öncə reallaşan görüşünü şərh edərkən deyib. İ.Tanrıverdi vurğulayıb ki, Ermənistanda vəziyyət olduqca pisdir: “Ermənistanın “Daşnaksütyun”, “Çiçəklənən Ermənistan” və “Vətən” partiyalarının liderlərinin görüş bunu bir daha təsdiqləyir. Düzdür, partiya liderləri görüşdə ölkədəki konstitusion nizamın bərpasını müzakirə etdiklərini bildiriblər, ancaq şübhəsiz ki, bu görüşün pərdəarxası məqamları var”.

Гагик Царукян рассказал, как его бывший охранник стал депутатом

Azərbaycanlı ermənişünasın sözlərinə görə, partiya liderləri Paşinyaya qarşı vahid cəbhədə mübarizə aparmaq qərarına gəlib: “Əslində belə bir mövqe gözlənilirdi. Çünki Ermənistanın daxilində problemlər sürətlə artır. Belə ki, mövcud koronavirus pandemiyası ölkədə qarşısıalınmaz bir vəziyyətə gəlib çatıb. Yəni Paşinyan özü də açıq şəkildə bildirdi ki, pandemiya ilə mübarizədə acizik. Digər tərəfdən, ölkədə Paşinyan administrasiyasının qalmaqallı siyasi həbsləri və deputat Qagik Çarukyanın həbs edilməsi yönündə səyləri onun siyasi prestijinə ciddi zərbə vurub. Faktiki olaraq xalq Paşinyandan bezib. Təsadüfi deyil ki, xalq artıq müxalifət cəbhəsindən Paşinyana öz istəyi ilə hakimiyyətdən getməsini məsləhət görür. Erməni ekspertlərin bir çoxu da payıza qədər Paşinyanın ya öz istəyi, ya da erməni xalqının təşəbbüsü ilə hakimiyyətdən gedəcəyini vurğulayır. Bu mənada “Daşnaksütyun”, “Çiçəklənən Ermənistan” və “Vətən” partiyaları liderlərinin bu görüşü həm də Paşinyana bir gözdağı vermək üçün idi. Tərəflər faktiki olaraq Nikol Paşinyanın hakimiyyətdən getməsi üçün ilk addımı atmış oldu”.

Öz növbəsində erməni politoloq Stepan Danielyana görə, Nikol Paşinyan əmin deyil ki, hakimiyyəti uzun müddət əlində saxlaya biləcək və indi nəzarəti gücləndirmək, repressiv addımlar atmaq yolu ilə vəzifədə qalmağa çalışır. Bu barədə o, erməni mediasına açıqlamasında deyib.

Onun sözlərinə görə, Ermənistan beynəlxalq aləmdə təcrid olunmuş dövlət sayılır: “Nikol Paşinyanın nə şimalda, nə qərbdə, nə də cənubda etibarlı tərəfdaşı var. İkinci problem Ermənistanı cənginə alan iqtisadi böhrandır – hansı ki, gündən-günə ağırlaşır. Üçüncü problem respublikanın iflası, dördüncü problem idarəetmə böhranıdır, çünki Nikol Paşinyan ölkəni səmərəli idarə edə bilmir. Paşinyan və onun tərəfdaşları bir müddət hakimiyyəti əldə saxlaya bilər, lakin gələcəkdə böyük partlayış baş verəcək və bu, erməni xalqı üçün faciə olacaq. İndi erməniləri daha çox Qarabağ məsələsi narahat etməlidir. Görünür, Paşinyanın bununla bağlı Bakı ilə bəzi razılaşmaları var”, – deyə Danielyan sonda iddialı şəkildə bildirib./musavat.com/


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi




Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC

Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
 
  Bizimxeber_az@mail.ru 
  adil-1980@mail.ru

  Mobil və Whatsapp  -  (077) 611-44-00
                                        (050) 514-27-84