. .

Paşinyan Baş nazir postuna yeganə namizəd seçilmədi

17:25 - 03 May
    5716 oxunma

Ermənistan parlamenti bu gün keçirilən xüsusi iclasında Nikol Paşinyanı respublikanın Baş naziri vəzifəsinə yeganə namizəd seçməyib. 

“Sputnik Ermənistan” xəbər verir ki, səsvermədə 75 deputat bitərəf qalıb, 3 nəfər əleyhinə, 1 nəfər isə lehinə səs verib. Bununla da Ermənistan parlamentinin buraxılma proseduru başladılıb.

Parlamentdə ən çox yerə sahib “Mənim addımım” fraksiyası səsvermədə bitərəf qalıb, müxalif “Çiçəklənən Ermənistan” fraksiyası isə iclasda iştirak etməyib. Müxalif “Maariflənmiş Ermənistan” fraksiyası isə Paşinyanın namizədliyinin əleyhinə səs verib.

DAHA TEZ MƏLUMATLANMAQ ÜÇÜN FACEBOOK SƏHİFƏMİZİ



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84