Paşinyan Azərbaycan və Türkiyə ilə münasibətləri yaxşılaşdırmağa çağırdı

21:34 - 13 Dekabr
    1550 oxunma

Ermənistan Türkiyə və Azərbaycanla münasibətləri yaxşılaşdırmalı, təmas nöqtələri tapmağa çalışmalıdır. Virtualaz.org "Novosti Armeniya”ya istinadən bildirir ki, bunu Təhlükəsizlik Şurasının iclasında Ermənistanın baş naziri Nikol Paşinyan deyib.  

"O,"mediaterror"dan şikayət edib, ona qarşı kampaniya başladığını söyləyib. O, həmçinin bildirib ki, Türkiyə və Azərbaycanla münasibətləri yaxşılaşdırmaq, təmas nöqtələri tapmağa çalışmaq lazımdır. Baş nazir müharibə üzrə İstintaq Komissiyası yaratmağa hazır olduğunu da bəyan edib", - deyə nəşr yazıb.

Nikol Paşinyan onu da bildirib ki, xalq məhkəməsi qarşısında durmağa hazırdır, amma istefa verməyəcək.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi






Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84