Paşinyan Ayvazyanı istefaya göndərmək istəyir

12:33 - 05 Fevral
    9200 oxunma


Ermənistanın Baş naziri xarici işlər naziri Ara Ayvazyanın işindən narazıdır, onun istefaya göndərilməsi gözlənilir.  Bu barədə “Hraparak” qəzeti hakimiyyət dairələrinə yaxın mənbələrə istinadən məlumat verib. 

“Görünən odur ki, Baş nazir Nikol Paşinyan Ayvazyanın Moskvadakı Türkiyə ilə bağlı açıqlamalarını bəyənməyib. Nazir qayıtdıqdan sonra sərt bir söhbət baş tutub. Baş nazir XİN rəhbərinə xəbərdarlıq edib”, - deyə nəşr yazıb.

Söhbət erməni diplomatın 7 dekabrda Moskvaya səfərindən gedir. Rusiyalı həmkarı Sergey Lavrovla birgə mətbuat konfransında İrəvanla Ankara arasındakı münasibətlərin normallaşması barədə sualı cavablandıran Ayvazyan 1915-ci il hadisələrini xatırladıb, Türkiyəni Ermənistana qarşı təcavüzkar siyasətdə ittiham edib və İkinci Qarabağ müharibəsindəki rolunu tənqid edib.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi


Loading...




Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84