Paşinyan Avinyanı Azərbaycanla sərhədə göndərdi

18:11 - 27 Yanvar
    7080 oxunma

SİZİN REKLAM YERİNİZ - ok
SİZİN REKLAM YERİNİZ

Ermənistan baş naziri Nikol Paşinyan müavini Tiqran Avinyanı Azərbaycanla sərhəd bölgəsində yerləşən Sünik bölgəsinə (tarixi Zəngəzur) göndərib. ONN media xəbər verir ki, o, Sünik bölgəsində bir sıra “işgüzar görüşlər” keçirəcək. Hökumət başçısının müvafiq sərəncamı hökumətin məlumat saytında yerləşdirilib. 

“Ermənistan Respublikası hökumətinin quruluşu və fəaliyyəti haqqında” qanunun 7-ci maddəsinin 5-ci hissəsini rəhbər tutaraq baş nazirin müavini Tiqran Avinyan 29 yanvar 2021-ci il tarixində Sünik bölgəsinə göndərilsin”, – fərmanda qeyd olunub.

Qarabağ müharibəsindən sonra Azərbaycan-Ermənistan sərhədlərinin dəqiqləşdirilməsi prosesi başladı ki, bu da Sünikdəki sərhəd yaşayış məntəqələrində qeyri-müəyyənlik və gərginliyə səbəb oldu.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84