Partiya sədri 3 deputata qarşı – “İstefa verməlidirlər”

12:23 - 04 May
    1815 oxunma

“İcra başçısı həbs edilən rayonları təmsil edən deputatlar məncə könüllü istefa verməlidirlər və yenidən seçkiyə qatılmalıdırlar”.

Bizimxeber.az xəbər verir ki, bu sözləri Respublikaçı Alternativ Hərəkatının (REAL) sədri İlqar Məmmədov deyib.

O, daha sonra bu fikrini aşağıdakı kimi əsaslandırıb: “Birincisi, əgər prokurorluq onları bu qədər aşkar cinayətlərin törədilməsində şübhəli bilirsə və sən deputat olaraq indiyədək buna yaxın bir mövzuda ictimai çıxışlar etməmisənsə, istefa – sənin üzərinə düşən bir siyasi borcdur. İstefa ver, rayonda təzədən seçki keçirilsin. Yerli camaat səni haqlı bilərsə, deputat işini davam et.

İkincisi, ötən parliament seçkiləri haqda ATƏT`in yaydığı rəydə birbaşa deyilir ki, bir sıra yerli dövlət qurumları namizədlərə qanunsuz təzyiqlər göstərirdi və nəticədə onlar öz namizədliklərini geri götürürdülər. Bunu məhz hansı icra başçılarının etdihyini yazmasalar da, kriminal şəbəkə qurmaqda şübhəli bilinən icra başçıları şübhələnəcəyimiz bir nömrəli şəxslər olmalıdır. Beləliklə, həmin dairələrə aid deputatların üzərində istefa ikiqat siyasi borc kimi durur”.

Məlumat üçün deyək ki, Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) keçiridyi xüsusi əməliyyatlar nəticəsində 3 rayonun icra başçısı və müavinləri həbs edilib. Bunlar Ağstafa, Neftçala və Biləsuvar rayonlarının yerli rəhbərləridir. 

Bu rayonları təmsil edən deputatlara gəlincə, Ağstafadan Nizami Cəfərov, Neftçaladan Sabir Rüstəmxanlı, Biləsuvardan isə Bəhruz Məhərrəmov mandat qazanıb.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi




Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC

Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
 
  Bizimxeber_az@mail.ru 
  adil-1980@mail.ru

  Mobil və Whatsapp  -  (077) 611-44-00
                                        (050) 514-27-84