Parlament hərbçilərə hansı imtiyazları verəcək? - Ermənistanda müzakirələr başladı

12:38 - 22 Fevral
    5360 oxunma


Ermənistan Ombudsmanı Arman Tatoyan növbədənkənar məruzəni təqdim edərək hərbi qulluqçular və onların ailələri üçün güzəştlər müəyyənləşdirməsini təklif edib. 

Bizimxeber.az erməni mətbuatına istinadən xəbər verir ki, Tatoyan həmçinin hərbi qulluqçuların, zabitlərin və müqavilə ilə xidmətdə olanların ailə üzvlərinin, eləcə də müharibə və ya xidmət zamanı həlak olmuş, yaralanmış hərbi əməliyyatların iştirakçılarının iş yerinin qorunması hüququna üstünlük verməyi təklif edib.

"Bu təkliflərin həyata keçirilməsi həmin qruplar üçün mühüm sosial əhəmiyyətə malik olacaq və hərbi qulluqçuların nüfuzunun yüksəldilməsinə kömək edəcəkdir. 

Təklif olunan güzəştlər həmçinin xidmət keçmiş və ya keçən hərbi qulluqçuların statusunu və nüfuzunu artıracaq", - deyə o qeyd edib.

Bundan başqa, Ombudsman vətəninin müdafiəsi zamanı şəhid olmuş və ya əlil olmuş vətəndaşların valideynlərinə və həyat yoldaşlarına ödənişsiz məzuniyyətin verilməsinin məcburi qaydasını tətbiq etməyi, onlara illik məzuniyyət vaxtının seçilməsinə, eləcə də işədüzəltmə üzrə Dövlət Proqramına cəlb olunmasına üstünlük verilməsi təklif edib. 
Tatoyan xüsusilə, keçmiş müqaviləlilərin işlə təmin edilməsi məsələsini vacib hesab edib.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi


Loading...




Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84