Parlamentdə maska cərimələrinin artırılmasına etiraz - ... böyük əksəriyyət iflas vəziyyətindədir

12:04 - 18 Dekabr
    1610 oxunma

Parlamentin bu gün keçirilən iclasında epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı hüquqi və vəzifəli şəxslərə tətbiq edilən cərimələrin miqdarının artırılması məsələsi müzakirə edilir.

Deputat Fazil Mustafa bildirib ki, cərimələrin artırılmasının effektiv olacağını düşünmür: “Bu gün hüquqi şəxslərin böyük əksəriyyəti iflas vəziyyətindədir. Restoranlar işləmir. Xaricdən mal idxal olunmur. Ona görə də cərimələrin artırılmasını effektiv hesab etmirəm”.

Deputat Razi Nurullayev də hüquqi şəxslərlə bağlı cərimələrin artırılmasının tərəfdarı deyil: “ Biz əvvəlcə ciddi xəbərdarlıq etməliyik. Qoy birinci dəfə xəbərdarlıq olunsun, sonra əməl etməsələr cərimə edilərlər. Bu istiqamətdə maariflənmə daha intensiv aparılmalıdır”. Vitse-spiker Fəzail İbrahimli bildirib ki, qanun milləti qorumaq üçün qəbul olunur: “Zəhmət çəksin hüquqi və vəzifəli şəxslər də buna əməl etsin. Necə vəzifəli şəxsdir ki, heç nəyə baxmadan kafe işlədir?”.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi






Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84