Parlamentdə Əli Kərimli "yad edildi"

14:13 - 09 Aprel
    21719 oxunma

Parlamentin bugünkü iclasında deputat Siyavuş Novruz xaricdə olan və Azərbaycan əleyhinə kampaniya apardığını bildirdiyi şəxslərdən danışıb. 

Bizimxeber.az xəbər verir ki, S.Novruzov deyib ki, həmin şəxslərdən danışarkən ümumi yox, konkret adlar çəkmək lazımdır: “Amerikada oturan Sevinc Osmanqızı və Cəmil Həsənli utanmasa deyər ki, dünyada koronavirusu Azərbaycan aparır.

Qənimət Zahid oturub Fransada deyir, Azərbaycanda koronavirusa qarşı mübarizə aparılmır. Amma görülən işlər göz önündədir. Azərbaycan əleyhinə kampaniya aparan şəxslərin adlarını demək lazımdır.  

Orada oturub o ölkənin hüquq-mühafizə orqanlarının qaydalarına ikiqat əməl edirlər. Onlara ağıl verən də Əli Kərimli və onun dəstəsidir. Azərbaycanda əhali nə qədər çətinlik çəksə, onlar üçün bir o qədər toy-bayram olar. Bunu istəyən bir Ermənistandır, bir də həmin adamlar. Bunlar Azərbaycan iqtidarına yox, dövlətə və xalqa qarşıdırlar. Buna görə də onlarla bizim söhbətimiz konkret olmalıdır”.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi




Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC

Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
 
  Bizimxeber_az@mail.ru 
  adil-1980@mail.ru

  Mobil və Whatsapp  -  (077) 611-44-00
                                        (050) 514-27-84