Paris və Nant şəhərlərini bu plakatlar bürüdü - “Qarabağ Azərbaycandır!“

18:05 - 02 Oktyabr
    1160 oxunma

Fransanın Paris və Nant şəhərlərinin küçələrini Azərbaycanı dəstəkləyən şüarlar yazılmış plakatlar bürüyüb. 

Diasporla İş üzrə Dövlət Komitəsindən Yenisabah.az-a bildirilib ki, Fransada yaşayan Azərbaycan icması üzvlərinin təşkil etdikləri aksiyalar zamanı "Dağlıq Qarabağda erməni təcavüzünə son!", "Dağlıq Qarabağ Azərbaycandır!", "İşğal olunmuş əraziləri azad edin!" şüarlarını əks etdirən plakatlar əhalinin sıx yaşadığı rayonlarda xüsusi yerlərə yapışdırılıb.

Soydaşlarımız yerli sakinlərin diqqətini Azərbaycanın işğal olunmuş torpaqlarına cəlb edəcək bu aksiyanı Fransanın digər şəhərlərində də davam etdirəcəklər.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi
Loading...



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84