Paradda ayaqqabılarını itirən xanım həbiçi danışdı - FOTO

14:17 - 26 İyun
    3030 oxunma

Rusiyada alman faşizmi üzərində Qələbənin 75 illik yubileyinə həsr olunmuş paradda qadın hərbiçi təntənəli keçid zamanı  ayaqqabısının bir tayını itirib.

Bizimxeber.az xəbər verir ki, bu barədə “RİA Novosti" məlumat yayıb.
Məlumata əsasən, canlı yayımda Kalininqradda qələbə paradı zamanı təntənəli keçid zamanı ayaqqabılarını itirən, lakin sıra intizamını pozmayan qadın hərbiçi Baltik Donanmasının feldşeri Kseniya Kalçinskaya olub.
Bu barədə hərbiçi xanım özü etiraf edib: "Sonra dostlarım və tanışlarım mənə zəng etməyə başladılar ki, canlı efirdə parad iştirakçısı olan qızın ayaqqabılarını itirdiyini dedilər, soruşurdular ki, bu sənə aid deyil," - deyə o bildirib.

Kalçinskaya qeyd edib ki, yubiley paradında layiqincə keçmək lazım olduğunu başa düşüb. Ona görə də ayabbısını itirməsi ona sıra addımları ilə addımlamağa mane olmayıb.

"Əslində ayaqqabılarım heç də ayağıma böyük deyil. Bəziləri elə bilirlər ki, ayyaqqabı ayağıma böyük olduğu üçün ayağımdan çıxıb. Amma əslində təsadüfən ayağımı tapdadıqları üçün ayaqqabımı itirmişəm. Amma heç təşvişə düşmədim. Baxmayaraq ki, ayaqyalın sıra addımı ilə addımladığım üçün ayağımın altı göyərib.  Lakin bu gün təltif olunanda çox həyəcanlıyam, amma deyə bilərəm ki, çox xoşbəxtəm, yəqin ki, hətta özümdən də qürur duydum", — deyə o etiraf edib.

Məlum olub ki, Baltik Donanmasının komandanı Aleksandr Nosatov ayaqqabılarını itirməsinə baxmayaraq, sıra quruluşunu pozmadığına görə Kalçinskayanı Komandanının Xatirə nişanı, diplom və çiçəklərlə mükafatlandırıb.

Bizimxeber.az

 

 

 


 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi




Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC

Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
 
  Bizimxeber_az@mail.ru 
  adil-1980@mail.ru

  Mobil və Whatsapp  -  (077) 611-44-00
                                        (050) 514-27-84