. .

Pandemiya dövründə dünyanın ən təhlükəsiz ölkəsi bəlli oldu -  Sihayıda Azərbaycan yoxdur

14:00 - 27 Aprel
    9571 oxunma

Koronavirus pandemiyası dövründə dünyanın ən təhlükəsiz ölkələrinin siyahısı açıqlanıb.

Bizimxeber.az xarici KİV-lərə istinadən bildirir ki, sıralamada birinci yeri Sinqapur tutur. Yeni Zelandiya isə ikinci olub.

Siyahıda ilk yeri bölüşdürməyin səbəbi vətəndaşların yüksək səviyyədə vaksinlənməsi, həmçinin COVID-19-un ölkə daxilində yayılmasına qarşı ciddi effektiv mübarizədir.

"Bloomberg" tərəfindən keçən ilin noyabrında tərtib edilən reytinqdə Yeni Zelandiya lider mövqe tutmuşdu.

Koronavirus infeksiyasına qarşı peyvənd kampaniyalarına başladıqdan sonra birinci yeri isə Sinqapur qazanıb. Bu ölkədə vətəndaşların demək olar ki, 20% -i peyvəndlənib.

Sıralama ölkənin mövqeyini hesablamaq üçün əsas göstəricilər ümumi halların sayı, ölüm göstəriciləri, test edilmiş insanların sayı və vaksinlənmə dərəcəsi barədə məlumatlarla əlaqələndirilib. 

Sinqapur 79,7, Yeni Zelandiya 79,6 bal toplayıb.

Bundan əlavə, Avstraliya (76,2 bal), İsrail (74,9 xal) müvafiq olaraq üçüncü və dördüncü yerləri tutan liderlər arasında yer alıb. Rusiya (60.9 xal) bu reytinqdə 22-ci sırada, Portuqaliya və İspaniyanı (59.7 xal), habelə İrlandiyanı (57.7), Almaniya (54.9 xal) və Avstriyanı (54.2 xal) qabaqlayıb.

Türkiyənin göstəriciləri isə Rusiya ilə bərabər sayılıb.

DAHA TEZ MƏLUMATLANMAQ ÜÇÜN FACEBOOK SƏHİFƏMİZİ



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84