Pandemiya ən pik həddi keçdi - Alimlərdən xoş xəbər

22:29 - 07 Yanvar
    1700 oxunma

Alimlər koronavirus pandemiyasının yaxın iki ay ərzində tədricən zəifləyəcəyini proqnozlaşdırır. İmmunoloq Vladimir Bolibokun verdiyi məlumata görə, bundan sonra yoluxmalarda payız və dekabr aylarında olduğu kimi böyük artım olmayacaq.

“Ən yüksək zirvəyə çatdıq. Bu, pandemiyada ən yüksək dalğa idi. Fevral ayının sonu – mart ayının əvvəlində bu rəqəmlərdən ayrılacağıq, yoluxma sayı azalacaq”, – immunoloq qeyd edib.

“Yazda yoluxmada azalma olacaq, ancaq kəskin deyil, tədricən. Peyvənddən düzgün istifadə edilərsə, koronavirus infeksiyası daha sürətlə azalacaq”. Mütəxəssislər hesab edir ki, ən kəskin azalma 2021-ci ilin yayında özünü göstərəcək.

Bizimxeber.az





Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84