Pandemiya dövründə qurban bayramı necə keçiriləcək? 

15:54 - 21 İyul
    4285 oxunma

Müqəddəs Qurban bayramı günlərində insanların öz xeyirxah əməllərini yerinə yetirmələri mühüm əhəmiyyət kəsb edir. Bəs pandemiya dövründə kəsim məntəqləri hansı şəraitdə təşkil olunmalıdır?

İlahiyyat üzrə fəlsəfə doktoru Əkrəm Həsənov Hurriyyet.org-a insanların qaydalara əməl etmək şərtilə qurbanlarını kəsə biləcəyini bildirib: “Qoyulan tələbləri yerinə yetirməklə, imkanı olan şəxslər qurban kəsə bilərlər. Yəgin ki, xüsusi kəsim yerləri təşkil ediləcək. Qurban payının alınmasında heç bir qadağa ola bilməz. Təbii ki, qaydalara əməl etmək şərtilə qurbanlarını kəsə bilərlər. İnsanlar mütləq ara məsafəsinə də diqqət etməlidir.

Qurban kəsmək istəyən şəxslər, bir nəfərə ödənişi verib qurban payını kəsdirə də bilər. Mütləq deyil ki, hamı kəsim yerlərinə getsin. Qurban kəsiləndən sonra, şəxslər öz aralarında bölə bilər. Hətta, Məkkəyə də həcc ziyarəti dayandırılıb. Kəsim yerlərinə az sayda insanın toplaşması mütləqdir. Yoluxanların sayında da son vaxtlar azalma müşahidə olunur. Birlikdə virusun aramızdan yox olmasına çalışmalıyıq”.

İlahiyyatçı insanların kəsilən qurbanların sağlamlığına fikir verməli olduğunu qeyd edib: “Şəriətimizə görə, dəvə, inək, qoyun və altı aylığı keçmiş quzu kəsmək daha məqsəduyğundur. Mütləq kəsilən qurbanların sağlamlığına fikir vermək lazımdır. Qurban bayramının da əsas məqsədi paylaşmaq və bölüşməkdir”.

Mövzu ilə əlaqədar Qafqaz Müsəlmanları İdarəsinin Mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova Hurriyyet.org-a açıqlamasında bununla bağlı fətva hazırlandığını və gələn həftə yayımlanacağını bildirib:

“Biz bununla bağlı fətva hazırlayırıq, gələn həftənin əvvəlində yayacağıq. Sizi maraqlandıran bütün məsələlər fətvada əksini tapacaq.”

Qida Təhlükəsizliyi Agentliyinin də (AQTA) Qurban bayramı ilə bağlı əhaliyə müraciət olub.

Agentlik qurbanlıq heyvan kəsimi və satışını kütləvi şəkildə toplaşaraq həyata keçirdiyi əvvəlki illərdən fərqli olaraq bu il pandemiya şəraiti nəzərə alınmaqla kütləviliyin və insanların sıx toplaşmasının qarşısını almaq məqsədilə vətəndaşlar Qurban bayramından bir neçə gün əvvəl qurbanlıq heyvan ətinin (heyvan cəmdəyinin) sifariş olunması üçün yaxınlıqda yerləşən satış məntəqələrinə – iri market və satış şəbəkələrinə əvvəlcədən müraciət edə, baytarlıq nəzarətindən keçmiş sağlam qurbanlıq heyvan ətlərini əldə edə biləcyini müraciətdə qeyd edib.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84