Pakistan Türkiyəyə nüvə silahı verir - İDDİA

15:11 - 04 Yanvar
    1100 oxunma

Türkiyə və Pakistan Ankaraya raket-nüvə texnologiyalarının verilməsi haqqında danışıqlar aparır. Bu iddianı Hindistanın “Nyus İndia” qəzeti yayıb. Məlumatda nüvə mövzusunun dekabrın sonunda Ankarada Türkiyə-Pakistan ali səviyyəli hərbi dialoq qrupunun iclasında müzakirə edildiyi bildirilib.

Türkiyə nümayəndə heyətinə danışıqlarda Baş Qərargah rəisinin müavini general Səlcuq Bayraqdaroğlunun, Pakistan tərəfinə isə müdafiə məsələləri üzrə dövlət katibi general Mian Məhəmməd Hilan Hüseynin rəhbərlik etdiyi vurğulanıb.

Bununla bərabər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın da Pakistan Quru Qoşunlarının Baş Qərargah rəisi Kamar Cavad Bacvdan nüvə silahı istehsalı və hazırlığı texnologiyalarını Ankara ilə bölüşmələrini şəxsən xahiş etdiyi bildirilib. Ankaranın bu istəyinə Pakistanın hərbi rəhbərliyi razılıq verib. Qəzet, həmçinin guya Pakistan alimlərinin hazırda Türkiyəyə raket istehsalının gücünün artırılması ilə bağlı yardım etdiyini yazıb. (axar.az)

Bizimxeber.az



Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84