Pakistan növbəti dəfə Azərbaycanı dəstəklədi, Hikmət Hacıyev təşəkkür etdi

22:37 - 10 Oktyabr
    1340 oxunma

Pakistan Xarici İşlər Nazirliyinin rəsmi "Twitter” səhifəsində Azərbaycana dəstək ifadə olunub. "Pakistan iki ölkə arasında davamlı sülhün BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tam və hərtərəfli həyata keçirilməsindən və Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərindən çıxarılmasından asılı olduğuna inanır. Bu məsələdə Pakistan qardaş Azərbaycan xalqının yanında olmağa davam edəcək”, - Pakistan XİN-nin rəsmi "Twitter” səhifəsində qeyd olunub.

Öz növbəsində Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev də ”Twitter”dəki hesabında Pakistan XİN-nə minnətdarlıq edib: "Dost dar gündə tanınar. Təşəkkür edirəm Qardaş Pakistan”

H. Hacıyev eyni zamanda Pakistan XİN-nin tvitini paylaşıb.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi
Loading...



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84