TƏBİB-in şöbə müdiri əhaliyə müraciət etdi

23:15 - 26 Mart
    76892 oxunma

“Koronavirus pandemiyasının (COVID-19) mənbəyi xəstə insandır. Əgər xəstə insanla, yaxud onun istifadə etdiyi əşyadan istifadə etməsək, ya da bir ortamda olmasaq, xəstəliyə yoluxmaq riskini ciddi şəkildə azaldırıq”.

Bizimxeber.az  xəbər verir ki, bunları TƏBİB-in Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva AzTV-də yayımlanan “Hədəf” verilişində çıxışı zamanı deyib.

O bir daha xatırladıb ki, əşyalar üzərində virusun müəyyən yaşama müddəti var:

“Amma əsas problem və risk xəstə insanla yaxın təmasda olmaqdır. Hər şeyi dövlətdən gözləmək olmaz. Hər vətəndaşın qarşısına polis qoya bilmərik. Bu, heç fiziki cəhətdən də mümkün deyil. Ona görə də insanlar sosial məsuliyyət məsələsinə ciddi önəm verməlidir”.




Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
 
  [email protected] 
  [email protected]

  Mobil və Whatsapp  -  (077) 611-44-00