Premyer Liqa bərpa olunmayacaq

21:33 - 26 Mart
    54869 oxunma

Koronavirus pandemiyası üzündən dayandırılan İngiltərə Premyer Liqası planlaşdırıldığı kimi aprelin 30-da bərpa olunmayacaq.

Bizimxeber.az saytının məlumatına görə, İngiltərə Futbol Liqasının klublarına artıq bu barədə xəbər verilib.

Pandemiya ilə bağlı böhran yarışın aprelin 30-da yenidən başlamasını mümkünsüz edib. Yeni tarix gələn həftə baş tutacaq klublarla Premyer Liqa rəhbərliyinin müzakirələri zamanı bəlli olacaq.

Qeyd edək ki, çempionatın iyunun 1-də bərpa olunacağı və 6 həftə ərzində yekunlaşacağı, bütün matçların azarkeşsiz keçiriləcəyi barədə qərar qəbul olunması gözlənilir.


Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
 
  [email protected] 
  [email protected]

  Mobil və Whatsapp  -  (077) 611-44-00