Peşə ixtisasları üzrə teledərslərə start verilir

20:17 - 26 Mart
    60214 oxunma

Martın 30-da “Mədəniyyət” kanalında peşə ixtisasları üzrə teledərslərə start veriləcək. Teledərslər saat 16:15-dən etibarən yayımlanacaq.

Təhsil Nazirliyindən Bizimxeber.az-a bildirilib ki, elektrotexnika, tikinti, sənaye, mexanika, elektronika, avtomobil, İKT və avtomatika ixtisasları üzrə teledərslər artıq hazırlanıb. Təhsil Nazirliyinin videodərslər portalında (https://video.edu.az/) sadalanan ixtisaslar üzrə 20 teledərs yerləşdirilib. Peşə ixtisasları üzrə teledərslərin çəkilişi davam etdirilir.

“Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər sözügedən dərsləri Peşə Təhsili üzrə Dövlət Agentliyinin elektron resurslarından da izləyə biləcəklər.


Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
 
  [email protected] 
  [email protected]

  Mobil və Whatsapp  -  (077) 611-44-00