ETSN “Evdə qal” kampaniyasına videoçarxla qoşuldu

21:57 - 26 Mart
    53299 oxunma

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları (ETSN) koronavirusla mübarizəyə dəstək çərçivəsində ölkəmizdə keçirilən “Evdə qal” kampaniyasına maraqlı videoçarxla qoşulublar.

Bizimxeber.az xəbər verir ki, nazirliyin əməkdaşları tərəfindən hazırlanan videoçarxda vətəndaşlara özlərinin və yaxınlarının sağlamlıqlarının qorunması çağırışı edilir.

Videoçarxda vətəndaşlara “Həkimlərimiz şəfa verir, dövlətimiz güc verir, biz isə evdə qalaq, bir-birimizə dəstək olaq”, “Biz təbiəti qoruyuruq, siz isə özünüzü qoruyun”, “Həyat Tanrıdan, dəstək sizdən, evdə qalın ki, sabahlarınız sevdiklərinizlə açılsın”, “Enerji Günəşdən, iradə sizdən”, “Bu gün evdə qalın, evdə qalın ki, sabah yaxınlarınızla xoş havadan zövq ala biləsiniz”, - çağırışları edilir. 


Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
 
  [email protected] 
  [email protected]

  Mobil və Whatsapp  -  (077) 611-44-00