.
.

Oyuncaq tapançalı “polis” saxlanıldı - Foto

16:20 - 06 Aprel
    8720 oxunma

Lənkəran rayonunun Göyşaban kənd sakini Elsevər Cəfərzadə idarə etdiyi “Mercedes” markalı avtomobillə rayon ərazisində saxlanılaraq Lənkəran polis şöbəsinə gətirilib.  

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan  verilən məlumata görə, onun əynində arxa hissəsinə iri şriftlərlə “Polis” sözü yazılmış gödəkçə, sifətində üzərində “polis” sözü yazılmış qoruyucu maska, kəmərində antenalı olmaqla xüsusi vasitə olan əl radiostansiyasını xatırladan mobil telefon aşkarlanıb. İdarə etdiyi avtomobildən isə polis əməkdaşının fərqlənmə nişanı olan şevronlar, polis baş serjantı paqonları, bir ədəd qara kaburun içində oyuncaq tapança və 1 ədəd qara rəngli maska aşkar edilib.  

Faktla bağlı araşdırma aparılır.

 

DAHA TEZ MƏLUMATLANMAQ ÜÇÜN FACEBOOK SƏHİFƏMİZİ



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84