“Otaqlarımıza kamera qurun, xalq nə iş gördüyümüzü görsün” - Deputat

13:26 - 09 Aprel
    21709 oxunma

“Otağımıza kamera qurun, hamı nə iş gördüyümüzü görsün”. “Qafqazinfo”nun verdiyi xəbərə görə, bunu deputat Razi Nurullayev parlamentdə çıxışı zamanı deyib. 

O təklif edib ki, hər deputatın iş otağında kameralar quraşdırılsın: “Qoy hamı görsün ki, deputatlar nə iş görür. İnsanlar deyir ki, “bu deputatlar hara baxır?”. Qoy görsünlər ki, biz hara baxırıq, nə iş görürük. Deputatların səlahiyyətləri artırılmalıdır ki, onlar seçicilərinin qaldırdığı problemləri həll edə bilsin.

Cənab Prezident tərəfindən 2,5 milyard manat ayrılıb, amma insanlar narazıdır. Bu necə olur? Əgər bu narazılıq varsa, demək düzgün təşkilatlanma, düzgün paylanma, düzgün qərarvermə yoxdur. Rəsmi statistika 4,8 faizdir, amma işsizlik meyarları düzgün deyil. 

Biz bu meyarlara dəyişiklik etməliyik ki, insanlar bu statusdan gələn yardımı ala bilsinlər. Deputatların səlahiyyətlərinin artırılması ilə bağlı xüsusi qrup yaradılsın və bu məsələ müzakirə olunsun. Bu gün ölkədə böyük bahalaşma gedir. İnsanların narazılığının qarşısında dayanmaq gündən-günə çətinləşir. Hökumət üzvləri kifayət qədər çalışır, amma əhali yenə də narazıdırsa, deməli məmurlar tərəfindən problemlər yaradılır”.

Bizimxeber.az


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi




Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC

Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
 
  Bizimxeber_az@mail.ru 
  adil-1980@mail.ru

  Mobil və Whatsapp  -  (077) 611-44-00
                                        (050) 514-27-84