"Orduyla bağlı qeyri-rəsmi məlumatlar işıqlandırılmamalıdır”

12:24 - 21 Sentyabr
    1115 oxunma

“Orduyla bağlı yalnız rəsmi məlumatlara inanıb onların təbliğiylə məşğul olmalıyıq”.

Bizimxeber.az xəbər verir ki, bunu Milli Məclis sədrinin müavini Adil Əliyev bu gün keçirilən Gənclər və idman komitəsinin iclasında deyib.

O qeyd edib ki, ordunun fəaliyyətiylə bağlı bir çox məsələnin rəsmi məlumat olmadan işıqlanmaması üçün müəyyən işlər görülməlidir: “Hər birimiz seçicilərimizlə görüşlərdə, həmçinin mətbu orqanlarda bağlı bu məsələyə diqqət yetirməliyik. Pandemiyanı və baş vermiş Tovuz hadisələrini nəzərə almalıyıq. Düşmən təxribatının qarşısını biz birlikdə ala bilərik”.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

[email protected];[email protected]
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84