Oqtay Şirəliyevə peyvəndin ikinci dozası vuruldu

10:37 - 16 Fevral
    8640 oxunma


Azərbaycanın Səhiyyə naziri Oqtay Şirəliyevə koronavirusa qarşı peyvəndin ikinci dozası vurulub. Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq nazirlikdən məlumat verilib. Bildirilib ki, nazir vaksinasiyadan sonra özünü yaxşı hiss edir, səhhəti normaldır.

O.Şirəliyev Bakı Sağlamlıq Mərkəzində vaksinasiya edilib. Qeyd edək ki, Oqtay Şirəliyev vaksinasiya olunan ilk şəxslərdən biridir. Ona peyvəndin ilk dozası yanvarın 18-də vurulmuşdu.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi


Loading...




Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84