Oqtay Şirəliyevə koronavirus əleyhinə peyvənd vuruldu YENİLƏNİB/VİDEO
-
6120 oxunma

Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyevə koronavirus əleyhinə peyvənd vurulub. Bizimxeber.az xəbər verir ki, nazir Bakı Sağlamlıq Mərkəzində vaksinasiya olunub. Eyni zamanda, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı, İcbari Tibbi Sığorta Agentliyinin sədri Zaur Əliyev də gün ərzində vaksinasiya olunacaqlar.
Qeyd edək ki, yanvarın 18-dən etibarən Azərbaycanda COVID-19 infeksiyasına qarşı vaksinasiya prosesinə başlanılır. Peyvəndləmə könüllü və dövlət hesabına aparılır.
10.28
Məlum olduğu kimi, bu gündən Azərbaycanda koronavirus (COVİD-19) əleyhinə peyvəndləmə başlanır.
TƏBİB-dən bildirilib ki, COVİD-19 vaksini ilkin olaraq, "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) İdarə heyətinin sədri Ramin Bayramlı və Səhiyyə naziri Oqtay Şirəliyevə vurulacaq. Qeyd edək ki, Azərbaycan Çin istehsalı olan "Sinovac” peyvəndindən istifadə edəcək. Peyvənd vurdurmaq könüllüdür.
Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmiziHaqqımızda
“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp - (077) 611-44-00; (050) 514-27-84