Oqtay Gülalıyevi vuran sürücüyə məntəqə tipli cəza - 2 il 3 ay

01:48 - 26 Yanvar
    6640 oxunma


Hüquq müdafiəçisi Oqtay Gülalıyevi avtomobillə vuran Kənan Abdullayevin mühakiməsi başa çatıb. Bizimxeber.az “Turan”a istinadən bildirir ki, yanvarın 25-də Nəsimi Rayon Məhkəməsi onu 2 il 3 ay müddətinə azadlıqdan məhrum edib. Yol hərəkəti qaydalarının pozulması – ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin sağlamlığına ağır zərər vurmaqda təqsirli bilinən Kənan Abdullayev məntəqə tipli müəssisədə cəza çəkəcək.

Məhkəmə hökmü Kənan Abdullayevin üç il nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməsini də nəzərdə tutur.

1972-ci il təvəllüdlü Oqtay Gülalıyev 2019-cu il oktyabrın 29-u Bakıda, 28 May və Puşkin küçələrinin kəsişməsində piyada keçidi ilə yolu keçərkən “Hyundai Accent” markalı avtomobillə vurulub, Kliniki Tibbi Mərkəzdə ilkin yardım alıb, koma vəziyyətində, ağır kəllə-beyin travması diaqnozu ilə “City Hospital”a köçürülüb. Oktyabrın 30-u orada əməliyyat olunan hüquq müdafiəçisi noyabrın 1-də Respublika Neyrocərrahiyyə Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Hüquq müdafiəçisi noyabrın 6-da Heydər Əliyev Fondunun dəstəyi ilə Türkiyəyə aparılaraq İstanbulun Avrasiya Hospitalına yerləşdirilib, noyabrın 19-u həmin şəhərdəki Amerika Xəstəxanasına köçürülüb, noyabrın 20-də, 2020-ci il yanvarın 10-da və iyunun 24-də başından əməliyyat olunub.

Ötən il noyabrın 8-də hüquq müdafiəçisi Bakıya gətirilib, evdə müalicə alır.

Kənan Abdullayevin taksi sürücüsü olduğu bəyan edilib. Onun cinayət işi Nəsimi Rayon Polis İdarəsində istintaq olunub. İstintaq zamanı Kənan Abdullayevin barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdi.

Müxalif mövqeyi ilə tanınan Oqtay Gülalıyev 2012-ci ilin aprel-iyun aylarında hakimiyyət nümayəndəsinin tələblərinə fəal şəkildə müqavimət göstərmə və kütləvi iğtişaşlara, vətəndaşlara qarşı zorakılığa çağırış ittihamı ilə həbsdə yatıb. Bu cinayət işi 2016-cı ilin oktyabrında xətm olunub. 

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi


Loading...




Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84