OPEC+ neft bazarının müzakirələrinə başlayıb

19:32 - 09 Aprel
    20128 oxunma

OPEC+ formatının iştirakçısı ölkələri arasında COVID-19 pandemiyası ilə bağlı tələbatın azaldığı bir vaxtda neft bazarını tarazlaşdırmaq üçün hasilatı azaltmaq məsələsinin müzakirə ediləcəyi videokonfrans işinə başladı.

Bizimxeber.az "RİA Novosti"yə istinadən xəbər verir ki, hər ölkənin nazirinin öz iş otağından qoşulacağı konfransdan televiziya yayımları nəzərdə tutulmur.

Bir mənbənin bildirdiyinə görə danışıqlarda OPEC+ formatında iştirak etməyən Argentina, İndoneziya, Misir, Trinidad və Tobaqo da iştirak edəcəklərini təsdiqləyiblər. Həmçinin görüşə ABŞ, Böyük Britaniya, Kanada, Braziliya, Kolumbiya, Ekvador, Çad, Norveç də dəvət alıblar.

Xatırladaq ki, bazardakı tərəddüdlər martın 6-da keçirilən OPEC+ görüşündə iştirak edənlərin ortaq qərara gələ bilməməsindən sonra başlayıb. Rusiya 2020-ci ilin ikinci rübündə neft hasilatının daha 1,5 milyon barel/sutka azaldılması təklifini dəstəkləməyib. Danışıqların uğursuz olmasından sonra neftin qiyməti 30% ucuzlaşıb.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi




Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC

Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
 
  Bizimxeber_az@mail.ru 
  adil-1980@mail.ru

  Mobil və Whatsapp  -  (077) 611-44-00
                                        (050) 514-27-84