“Onlar bu dərmanları "qara bazar"da satırlar" – Eyyub Hüseynov

14:49 - 18 Dekabr
    1000 oxunma

"COVİD-19 dərmanları ya əldə, ya da həkimlər vasitəsi ilə satılır". 

Bizimxeber.az bildirir ki, bunu açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib. Sədrin sözlərinə görə, ölkədə virusa qarşı mübarizədə istifadə olunan dərman ləvazimatlarının tapılmasında və satılmasında böyük problem yaşanır:

"Düşünürəm ki, müvafiq dövlət qurumları buna qarşı ciddi mübarizə aparmalıdır. Dərman da bir maldır. Və yeganə maldır ki, istehlakçı onu öz xoşu ilə almır. Dərmanlar yalnız həkimin, yaxud da kiminsə göstərişi, vəziyyətə görə alınır. Dərman bazar aksiomuna tabedir. Tələb artanda baha, keyfiyyətsiz, defisit və qaçaqmal ortaya çıxır. Bunlar hamısı bazar qanunları ilə baş verir. Artıq bu mala bütün dünyada təlabat artıb. Ölkədə bu bizneslə məşğul olanlar var. Onlar bu dərman ləvazimatlarını "qara bazar" vasitəsi ilə satırlar".  

Eyyub Hüseynov qiymətin qalxmasını təbii hesab edir: "Çünki satış və tələb bazar qanunları ilə gedir. Dölət tərəfindən qiyməti tənzimlənən dərmanlar var, onların qiymətində artım müşahidə olunursa, artıq bu, qanun pozuntusudir. Bu dərmanları satanları cərimə gözləyir. Lakin işbazlar o qədər sadəlövh deyillər ki, həmin dərmanları apteklərdə satsınlar. Hər gün Azad İstehlakçılar Birliyinə bununla bağlı onlarla müraciət daxil olur".

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi






Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84