Oğru barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçildi

16:10 - 22 İyul
    2325 oxunma

"Yaşadığım mənzilə girən oğru həbs edildi və 2 gün sonra sərbəst buraxıldı"  sərlövhəli müraciətdə vurğulanan iddiallar Xəzər Rayon Polis İdarəsində hərtərəfli araşdırılıb.

Bizimxeber.az bildirir ki, bu barədə Bakı Şəhər BPİ Mətbuat Xidmətindən veriən məlumata görə, Ədil Hüseynova məxsus Xəzər rayonu  Şağan qəsəbəsində yerləşən evdən oğurluq əməlini törətməkdə şübhəli bilinən Orxan Orucov iyulun 10-da 2 ədəd televizor oğurlayaraq zərərçəkmişə 2 min manat  məbləğində maddi ziyan vurması müəyyən olunub.

O.Orucov  təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb edilərək, ona Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulan ittiham elan edilib. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə dəymiş ziyanı ödədiyindən, barəsində həbslə bağlı olmayan başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84