“OBA” və “Almarket”də sudan qanunsuz istifadə halları aşkarlandı

17:27 - 19 Avqust
    2670 oxunma

“Azərsu” ASC tərəfindən sudan qanunsuz istifadə hallarının araşdırılması məqsədilə yaradılmış xüsusi qruplar tərəfindən Abşeron yarımadasındakı sukanal idarələrinin xidməti ərazilərində, eyni zamanda regionlarda aparılan nəzarət tədbirləri nəticəsində ayrı-ayrı vətəndaşlar və sahibkarlıq subyektləri tərəfindən magistral su kəmərlərinə, paylayıcı şəbəkələrə, yanğın hidrantlarına qanunsuz müdaxilə faktları aşkarlanıb. 

Son bir həftə ərzində istixana, marketlər şəbəkəsi, mənzil-tikinti kooperativləri, quşçuluq müəssisəsi, gözəllik salonları, ət kəsimi və avtoyuma məntəqələrində sudan uçotsuz istifadə və sayğacdankənar su xətlərinin çəkilməsi halları müəyyən edilib. Abşeron rayonu Masazır qəsəbəsində gecə saatlarında keçirilən reyd zamanı yaşıllıqların suvarılması üçün nəzərdə tutulan su təchizatı sistemindən avtoyuma məntəqəsinə qeyri-qanuni xəttin çəkilməsi aşkar olunub. Hökməli qəsəbəsində isə sudaşıyan maşınlara suyun doldurulmasının qarşısı alınıb.

Xəzər rayonu Mərdəkan qəsəbəsində su satışı ilə məşğul olan şəxs yanğın hidrantından qanunsuz su doldurarkən yaxalanıb. Aparılan nəzarət tədbirləri çərçivəsində Abşeron, Binəqədi, Sabunçu rayonlarında OBA və Almarket şəbəkələrinə məxsus bir neçə mağazada, eləcə də Bakı-Sumqayıt yolunun kənarındakı Super marketdə sudan uçotsuz istifadə hallarının qarşısı alınıb.

Bütün hallarda qanunsuz istifadəyə görə dəymiş ziyan hesablanaraq özbaşına çəkilmiş qanunsuz xətlər ləğv edilib.

Bizİmxeber.az

 





 

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84