. .

"O, həyatının son anına qədər Vətənini, dövlətini düşünürdü" - Azad Rəhimovun vəfatından yazdı

12:05 - 01 May
    6232 oxunma

Bakı Şəhər Halqasının icraçı direktoru Arif Rəhimov atası – mərhum gənclər və idman naziri Azad Rəhimovun vəfatından yazıb.

Bizimxeber.az xəbər verir ki, Arif Rəhimov feysbuk paylaşımında bildirib ki, atası Azad Rəhimov dünən Bakı vaxtı ilə saat 22:45-də ağciyər xərçəngindən müalicə aldığı Amerika Birləşmiş Ştatlarında dünyasını dəyişib: “O, uzun müddətdir ki, ağır xəstəlikdən əziyyət çəksə də, həyatının son anına qədər Vətənini, dövlətini düşünürdü. Atam çox xoşbəxt idi ki, sağlığında Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun Qarabağı azad etməsinin şahidi oldu”.

Oğlunun sözlərinə görə, Azad Rəhimov yaxşı övlad, yaxşı ata, yaxşı dost olmaqla bərabər dövlətini sevən vətəndaş idi: “Atam, babası Sadıq Rəhimovdan miras qalan dövlətçilik ənənələrini yaşadaraq, hər zaman Vətəni üçün çalışırdı. Azad Rəhimov tək nazir deyil, ictimai xadim idi”.

“Biz bilirik ki, bir çox insan onunla sağollaşmaq istəyir, ancaq pandemiya səbəbindən anlayış göstərərək dəfn mərasiminə gəlməməyinizi xahiş edirik. Ailəmiz üçün bu çətin anda bizə dəstək olan cənab Prezidentə, hörmətli vitse-prezidentə və ictimaiyyətə təşəkkür edirik.

Allah rəhmət eləsin!”, -  A.Rəhimov paylaşımında yazıb. 

Qeyd edək ki, ötən gün 56 yaşında vəfat edən Azad Rəhimov ABŞ-da ağciyər xərçəngi və qaraciyər serrozundan müalicə olunurdu. Nazir yanvar ayında müalicə olunmaq üçün ABŞ-a yollanmışdı.

DAHA TEZ MƏLUMATLANMAQ ÜÇÜN FACEBOOK SƏHİFƏMİZİ



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84