Nur Yerlitaşın evinə axın etdilər - FOTO/VİDEO

23:46 - 27 Aprel
    1250 oxunma

Xəbər verdiyimiz kimi, bu gün Türkiyənin məşhur dizayner və modelyeri Nur Yerlitaş 64 yaşında dünyasını dəyişib.

Bizimxeber.az xəbər verir ki, 64 yaşında vəfat edən modelyerin cənazəsi Nişantaşındakı evindən çıxarılıb. Bu vaxt Nurun yaxın dostu Sibel Canın tabutun arxasından göz yaşı tökdüyü görüntülənib.

İki il əvvəl beyin xərçəngi diaqnozu qoyulan Nur Yerlitaş bu müddətdə iki ciddi əməliyyat keçirib. O, bu gün günorta saatlarında evdə vəfat edib. Modelyerin yaşadığı evə Türkiyənin məşhur simaları axın ediblər. Nur Yerlitaşla çalışan bir çox tanınmış şəxslər onunla birlikdə çəkilmiş şəkillərini sosial media hesablarında paylaşaraq, yaxınlarına baş sağlığı veriblər.

 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi




Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC

Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
 
  Bizimxeber_az@mail.ru 
  adil-1980@mail.ru

  Mobil və Whatsapp  -  (077) 611-44-00
                                        (050) 514-27-84