Novruzov geri çəkildi? - Nə baş verir?
-
9040 oxunma
SİZİN REKLAM YERİNİZ - ok

Milli Məclisin deputatı Siyavuş Novruzov Daxili İşlər Nazirliyini məhkəməyə vermək niyyətindən daşınıb. Bu barədə Unikal.org-a Siyavuş Novruzovun özü məlumat verib.
O bildirib ki, Daxili İşlər Nazirliyinin əməkdaşlarının həm pandemiya dövründə, həm də Vətən Müharibəsi zamanı göstərdikləri fədakarlığa görə bu qərara gəlib.
Xatırladaq ki, daha öncə deputat Daxili İşlər Nazirliyi tərəfindən karantin qaydalarının pozulması iddiası ilə onun inzibati qaydada cəzalandırılması və cərimələnməsinin tamamilə qanunsuz olduğunu demişdi və bununla bağlı məhkəməyə müraciət edəcəyini qeyd etmişdi.
Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak edən Siyavuş Novruzov DİN tərəfindən 400 manat cərimələnmişdi.
Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmiziHaqqımızda
“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp - (077) 611-44-00; (050) 514-27-84