Norveç xüsusi xidmət orqanları Rusiyaya işləyən casusu yaxaladı

11:35 - 18 Avqust
    1580 oxunma

Rusiya kəşfiyyat zabiti ilə görüşəmdən sonra bir Norveç vətəndaşı həbs edilib. O, məxfi məlumatları xarici dövlətə ötürməkdə ittiham olunur. Bu barədə "Associated Press” (AP) məlumat yayıb. Norveç təhlükəsizlik xidməti, həbs olunan şəxsin gördüyü işlər sayəsində xarici dövlət üçün maraq doğuran məlumatlara sahib olduqlarını bildirib.

Norveçlinin şəxsiyyəti açıqlanmayıb. AP-nin məlumatına görə, şübhəlinin vəkili onun günahını etiraf etmədiyini bildirib. Məhkəmə prosesi bağlı qapılar arxasında baş tutacaq. Həbs olunan şəxsə 15 il həbs cəzası verilə bilər. Yerli media bunun sənaye casusluğu olduğunu bildirib. Neft və qaz sənayesi və bərpa olunan enerji mənbələri sahəsində ixtisaslaşan DNV GL həbs olunan şəxsin bunun üçün çalışdığını söyləyib.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84