. .

 Nobel çempionat üçün qeydiyyatdan keçdi

11:24 - 10 İyun
    1317 oxunma


Erməni jurnalist Nobel Arustamyan AÇ-2020-nin oyunları üçün akkreditasiya alıb.

Bizimxeber.az Rusiya Xarici İşlər Nazirliyinin rəsmi sözçüsü Mariya Zaxarovanın "Teleqram" kanalına istinadən bildirir ki, o, uzun müzakirələrdən sonra Arustamyan UEFA tərəfindən qeydiyyata alınıb: “İdman şərhçisi Nobel Arustamyan Avropa çempionatı üçün qeydiyyatdan keçdi. Çalışmağa davam edirik”. 

Qeyd edək ki, bir neçə gün əvvəl Rusiyanın “Matç Tv” kanalının baş redaktoru Tina Kandelaki kanalın şərhçisi Nobel Arustamyana UEFA tərəfindən akkreditasiya verilmədiyini iddia etmişdi. O, buna səbəb kimi isə Azərbaycanın ona akkreditasiya verməkdən imtina etməsini göstərmişdi. Kandelaki bildirmişdi ki, erməni jurnalist Qarabağa qanunsuz səfər etdiyi üçün Azərbaycan ona akkreditasiya verməkdən imtina edib. 

Qaydalara görə, UEFA akkreditasiyanı bir jurnalistə təşkilatçı ölkələrin hamısının razılığı olduqdan sonra verir. Əgər təşkilatçı olan hansısa ölkə jurnalistə akkreditasiya verməkdən imtina edirsə, o zaman qitə futbol qurumu həmin jurnalisti qeydiyyata almır. 

Xatırladaq ki, AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov ötən gün açıqlamasında Nobel Arustamyanın bloklanmasına aydınlıq gətirmişdir. Onun sözlərinə görə, Arustamyan Azərbaycan torpaqlarına qanunsuz səfər edib: “Bir məqamı da qeyd etməliyəm ki, həmin şəxs ötən illər ərzində dəfələrlə işğal altında olan Azərbaycan torpaqlarına qanunsuz səfər edib və həmin səfərlər zamanı Azərbaycanın müvafiq strukturlarından icazə almayıb. Ölkəmizin ərazi bütövlüyünə hörmətsizlik nümayiş etdirməklə qanunlarımızı pozub”.




Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84