.
.

Netanyahunun oğlu Ərdoğanı diktator adlandırdı

17:14 - 13 May
    4936 oxunma


İsrail baş nazirinin böyük oğlu Yair Netanyahu "Erməni Soyqırımı" barədə özünün "Twitter" mikrobloqunda yazıb.

Bizimxeber.az xirici KİV-lərə istinadən bildirir ki, oğul Netanyahu paylaşımı əsasən onun sosial şəbəkə profillərinə hücum edən türk botlarına ünvanlayıb.

"Siz Anadolunun vətəndaşı deyilsiniz, Orta Asiyadan gəldiniz və yerli Yunan xristian əhalisini soyqırımı etdiniz. İstanbul əslində Konstantinopoldur və onu qanunsuz olaraq işğal etdiniz. Erməni Soyqırımını törətdiniz" deyə Yair Netanyahu yazıb.

O, Türkiyənin hazırda Şimali Kipr, Şimali Suriya və Kürdüstanı qanunsuz olaraq işğal altında saxladığını da qeyd edib: "Türkiyəni Osmanlı İmperiyası dövründəki kimi yenidən bir diktator idarə edir".

Xatırladaq ki, Yair Netanyahu "Erməni Soyqırımı"ndan ilk dəfə danışmır. O, 2018-ci ildə "Facebook" səhifəsində Türkiyənin "Erməni Soyqırımı"nda günahkar olduğunu bilrimişdir.




Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84