.
.

Nəsimidə Xocalı faciəsinin 29-cu ildönümü ilə əlaqədar tədbirlər keçirildi

16:49 - 26 Fevral
    9280 oxunma

Xocalı faciəsinin ildönümü respublikamızın hər yerində olduğu kimi Bakı şəhərinin Nəsimi rayonunda da geniş şəkildə qeyd olunur. Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən hazırlanmış tədbirlər planına uyğun olaraq rayonun idarə və təşkilatlarında, mədəniyyət müəssisələrində, orta və ali təhsil müəssisələrində faciə ilə bağlı müxtəlif online tədbirlər keçirilir.

Tarixi həqiqətlərin daha yaxından öyrənilməsi, mənfur qonşularımız tərəfindən törədilən fəlakətlərin faktlarla gənclərə çatdırılması məqsədilə Xocalı faciəsinin ildönümü ərəfəsində Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən rayon gənclərinin və yuxarı sinif şagirdlərinin iştirakı ilə online tədbirlər təşkil olunaraq keçirilmişdir.

Faciənin ildönümü ərəfəsində rayon İcra Hakimiyyətinin məsul şəxsləri Xocalı şəhərindən köçkün düşərək Nəsimi rayonunda məskunlaşmış 47 ailəni ziyarət ederək, onların problemləri ilə maraqlanmış və rayon İcra Hakimiyyəti tərəfindən onlara ərzaq bağlamaları çatdırılmışdır. 

Faciənin ildönümü ilə əlaqədar rayon İcra Hakimiyyətinin rəhbərliyi və məsul əməkdaşları “Ana harayı” abidəsini ziyarət edərək faciə qurbanlarının əziz xatirısini ehtiramla yad etmişlər.

Bizimxeber.az

DAHA TEZ MƏLUMATLANMAQ ÜÇÜN FACEBOOK SƏHİFƏMİZİ



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84