. .

Nəsimidə şəhidin valideynlərinin yaşadığı həyət abadlaşdırıldı - sakinlərin istifadəsinə verildi

16:01 - 18 Mart
    10987 oxunma

Nəsimi rayonunda Şəhid Nicat Tarıverdiyevin valideynlərinin yaşadığı həyət abadlaşdırılaraq sakinlərin istifadəsinə verilib. 

Bakı şəhərində aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Nəsimi rayonu ərazisində də küçə və parkların, məhəllə və binaların abadlaşdırılması, həyətlərin yenidən qurulması, yeni infrastrukturların yaradılması, yaşıllıqların salınması işləri uğurla davam etdirilir.

Nəsimi rayonunda Vətən müharibəsi Şəhidlərinin ailələrinə, əlillərə və iştirakçılara daim diqqət və qayğı ilə yanaşılır. Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları müntəzəm olaraq bu ailələrin problemleri ilə maraqlanır, qaldırdıqları məsələlərin həlli ilə əlaqədar operativ tədbirlər həyata keçirilir.

Həyata keçirilən silsilə tədbirlər çərçivəsində Nəsimi Rayon İcra Hakimiyyəti tərəfindən Şəhid Tarıverdiyev Nicat Şöhrət oğlunun valideynlərinin yaşadığı A.Məhərrəmov küçəsi 35 saylı binada yerləşən 3 otaqlı mənzil əsaslı təmir edilib, şəhid ailəsinin və binada yaşayan digər sakinlərin istəkləri nəzərə alınaraq A.Məhərrəmov küçəsi 35 və 37 saylı binaların həyətlərində və ətraf ərazilərdə abadlıq-quruculuq işləri aparılıb, binanın giriş hissəsinə Şəhid N.Tarıverdiyevin barelyefi vurulub. Novruz bayramı ərəfəsində həyət sakinlərin istifadəsinə verilib.

Hazırlanmış layihəyə uyğun olaraq A.Məhərrəmov küçəsi 35 və 37 saylı yaşayış binalarının fasadları və dam örtüyü əsaslı təmir olunub, yeni yağış suları axıdan navalça və borular quraşdırılıb, qapı və pəncərələr dəyişdirilib.

Görülmüş işlər çərçivəsində həyətə 1500 kv.m. asfalt örtüyü, 350 kv.m. tamet, 400kv.m. qazon vurulub, 500 p.m. yeni bardürlər qoyulub, yaşıllıqların suvarılması üçün su xətləri çəkilib, mövcud yaşıllıqlar bərpa edilərək ağaclar budanıb, 50 ədəd müxtəlif növ həmişəyaşıl ağaclar və kollar əkilib.

Sakinlərin asudə vaxtlarının səmərəli təşkili üçün binaların həyətlərinə 2 ədəd söhbətgah, 4 ədəd oturacaq qoyulub,uşaq və şahmat meydançaları salınıb, müxtəlif növ uşaq oyun elementləri, idman qurğuları və 3 ədəd idman fitnes alətləri quraşdırılıb.

Həyətdə işıqlandırma sistemi yenidən qurularaq, 4 ədəd yeni işıq dirəkləri və əlil arabalarının normal hərəkətinin təmin olunması üçün 2 yerdə pandus quraşdırılıb. Rayon ərazisinde aparılan abadlıq-quruculuq və yenidənqurma işləri əhalinin böyük razılığı ilə qarşılanır, görülən işlərə görə rayon sakinləri ölkə başçısına dərin minnətdarlıqlarını bildirirlər.

Bizimxeber.az

DAHA TEZ MƏLUMATLANMAQ ÜÇÜN FACEBOOK SƏHİFƏMİZİ



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84