Nəsimidə dezinfeksiyaedici tədbirlər davam etdirilir

17:36 - 25 Mart
    180406 oxunma

Nəsimi rayonu ərazisində  koronavirus (COVİD - 19) infeksiyasına yoluxma hallarına yol verilməməsi  və  onun qarşısının alınması ilə bağlı başlanılmış dezinfeksiya işləri ilə əlaqədar  təxirəsalınmaz profilaktik  tədbirlər davam etdirilir.

Bizimxeber.az bildirir ki, rayon ərazisində  ümumi sanitar-gigiyenik vəziyyət nəzarətdə saxlanılır. İşlərin ardıcıl və normal təşkili məqsədilə bu istiqamətdə çalışan briqadalar zəruri avadanlıq və preparatlarla təchiz olunurlar. 

Yeni tədarük olunmuş müasir avadanlıq və mexanizmlər görülən işlərin səmərəsini daha da artırmışdır. 24 mart 2020-ci il tarixdə Bakı Şəhər İcra Hakimiyyətində keçirilmiş müşavirədə verilmiş tapşırıqların icrası olaraq bu istiqamətdə görülən işlər monitorinqlər və təhlillər aparılaraq təkmilləşdirilir.

 




Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
 
  [email protected] 
  [email protected]

  Mobil və Whatsapp  -  (077) 611-44-00