Nəsimi rayonunda Qurban Bayramı münasibətilə sosial aksiyalar davam etdirilir

14:55 - 30 İyul
    1900 oxunma

Nəsimi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayon ərazisində müqəddəs Qurban bayramı ərəfəsində növbəti sosial aksiya həyata keçirilib. Aksiyalar çərçivəsində rayon İcra Hakimiyyətinin əməkdaşları və rayon könüllüləri tərəfindən rayonun müxtəlif ünvanlarında yaşayan sosial müdafiəyə ehtiyacı olan 1500-dən artıq ailə ziyarət edilib və onlara gündəlik tələbatları üçün lazım olan ərzaq məhsullarından ibarət bayram sovqatları çatdırılıb.

Aksiyalar zamanı həmçinin rayon sakinləri ilə yeni növ koronavirus (COVİD-19 ) infeksiyasının daha geniş yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin tələblərinə ciddi əməl olunmasının zəruriliyi barədə maarifləndirmə işləri aparılmışdır. 

Rayon sakinləri dövlətimizin diqqət və qayğısı ilə əhatə olunmalarına və müqəddəs Qurban bayramı ərəfəsində onlara göstərilən sosial dəstəyə görə ölkə rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər.

Nəsimi rayonunda Qurban Bayramı münasibətilə sosial aksiyalar davam etdirilir
Nəsimi rayonunda Qurban Bayramı münasibətilə sosial aksiyalar davam etdirilir
Nəsimi rayonunda Qurban Bayramı münasibətilə sosial aksiyalar davam etdirilir


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi




Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC

Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
 
  Bizimxeber_az@mail.ru 
  adil-1980@mail.ru

  Mobil və Whatsapp  -  (077) 611-44-00
                                        (050) 514-27-84