Nəhayət ölkəmizin "Baş Cuvar"ı dəyişir - Qudaların iflası 

15:43 - 07 Fevral
    11400 oxunma


1981- 1995-cı illərdə Azərbaycan Respublikası Ali Sovetinin deputatı, 1993-2004-cü illərdə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Meliorasiya və Su Təsərrüfatı Komitəsinin sədri, 2004- 2006-cı illərdə Kənd Təsərrüfatı Nazirinin birinci müavini, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Meliorasiya və Su Təsərrüfatı Agentliyinin baş direktoru və nəhayət 2006-cı ildən Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri...

39 ildir ən pullu vəzifələrdə çalışan, lilli sudan milyardlar qazanan, mərhum prezient Əbülfəz Elşibəyin hakimiyyəti dövründən günümüzə qədər gəlib çıxan Əhməd Əhmədzadə... 39 illik fəaliyyətin sonu yaxınlaşmadadır. 

Bizimxeber.az bildirir ki, nəhayət ölkəmizin "Baş Cuvar"ı dəyişir. Əhmədzadənin həbsə, yoxsa təqaüdə göndəriləcəyini dəqiq demək mümkün olmasa da, baş verənlər onu deməyə əsas verir ki, prezident İlham Əliyevin yaxın hədəflərindən biri də bu məmurdur.

Baş kassirimiz, Milli Bankın yeni binasını öz pulu ilə tikmək istəyən Elman Rüstəmovun qudasıdır.

Bu xüsusda Elman Rüstəmovun da yolun sonuna çatdığını söyləmək olar. Hər halda "Baş Cuvar"la "Baş kassir"imizin fəaliyyətinin son 10 ilini araşdırmaq aidiyyatı qurumlar üçün çətin və vaxt alıcı olmayacaq. Görəsən qudaların ikisinin birlikdə neçə milyardı var? Yaxud qudaların hansının daha çox pulu var?

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi


Loading...




Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84