Nəhayət İran da erməni təxribatını pislədi

01:11 - 04 Oktyabr
    1205 oxunma

İranın Bakıdakı səfirliyi Azərbaycanın mülki obyektləri, eləcə də vətəndaşlarına qarşı törədilən hücumları kəskin şəkildə pisləyir.

Bizimxeber.az xəbər verir ki, İran səfirliyindən bildiriblər ki, Azərbaycan Respublikasının rəsmi mənbələri, o cümlədən Baş Prokurorluğun məlumatlarına əsasən, Dağlıq Qarabağ bölgəsi və yeddi ətraf rayonda Azərbaycan və Ermənistan arasında yeni toqquşma dalğası başlayan gündən etibarən çoxlu sayda Azərbaycan vətəndaşı, o cümlədən qadınlar və uşaqlar həlak olub, yaralanıb, eləcə də xeyli sayda mülki infrastruktur və obyektlər məhv edilib.

Azərbaycan Respublikasının baş prokurorluq idarəsinin məlumatına görə, oktyabrın 3-ü səhərə qədər 19 günahsız insan öldürülüb, 63 nəfər yaralanıb, 44 mülki obyekt və infrastruktur, eləcə də 181 ev darmadağın olunub. 

Bununla bağlı İran İslam Respublikasının Azərbaycan Respublikasındakı (Bakı) səfirliyi, insan hüquqları və humanist beynəlxalq hüquqa riayətin zəruriliyini vurğulayaraq, Cenevrə Konvensiyası (1949), ona əlavə olunmuş protokollar (1977) da daxil olmaqla silahlı qarşıdurmanı tənzimləyən norma, prinsip və beynəlxalq qaydaları nəzərə çatdırır. Xüsusilə mülki əhalinin himayəsinə dair IV Cenevrə Konvensiyası, günahsız insanların hüquqlarının hər növ pozulması və mülki şəxslərin öldürülməsi, yaralanması, mülki binaların və obyektlərin dağıdılaraq ziyan vurulmasını qətiyyətlə pisləyir.

Sonda həyatını itirən şəxslərin yaxınlarına baş sağlığı verir, yaralananlara Allahdan şəfa diləyirik.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi
Loading...



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84