Neftçalada koronavirusa yoluxanların sayında artım? - daha iki nəfər dünyasını dəyişdi
-
8240 oxunma
.jpg)
Son günlər Neftçala rayonunda koronavirusa yoluxanların sayında artım müşahidə olunur.
Bizimxeber.az-ın rayon bürosundan verilən məlumata görə, son iki gündə 2 nəfər dünyasını dəyişib. Virusdan dünyasını dəyişənlərdən biri Cəlilabad, diğəri isə Masallı rayon Mərkəzi Xəstəxanasında müalicə olunmaq üçün göndırilsə də, onların həyatını xilas etmək mümkün olmayıb.
Bizimxeber.az bildirir ki, hazırda rayon sakinləri arasında narahatlıq hökm sürür. Əsas yayılmanın rayon mərkəzində, rayona yaxın məhəllə və kəndlərdə olduğu qeyd olunur.
Məlumat üçün bildirək ki, Neftçala rayonu bu aylar ərzində karantin rayonu elan olmayıb və görünən budur ki, aparılan profilaktik tədbirlər ya az olub, ya da insanlar buna əhəmiyyət verməyib.
Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmiziHaqqımızda
“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp - (077) 611-44-00; (050) 514-27-84