Neftçalada yol çəkən “LU-MUN Holding” MMC kimindir?- Reyester məlumatı yoxdur

12:48 - 29 Avqust
    3270 oxunma

Neftçala rayonunda Bankə - Yenikənd – Şirvanlı yolunun çəklişlərinə start verilib.

Bizimxeber.az rayon icra hakimiyyətinin saytına istinadən xəbər verir ki, “LU-MUN Holding” MMC–nin təşkilatçılığı və sifarişi, ⁣“Azəravtoyol” ASC-nin icraçılığı ilə uzunluğu 14 km olan Bankə - Yenikənd – Şirvanlı yoluna ( Neftçala Yenikənd Nərə Balıq artırma zavodu istiqamətində) yeni asfalt örtüyün çəkilməsi üçün hazırlıq işləri görülür.

Hal-hazırda yolun 6,5 km hissəsində asfalt örtüyün çəkilməsi üçün bütün lazımi tədbirlər görülüb, qalan 7,5 km-lik isə hazırlıq işləri davam etdirilir. Yaxın günlərdə yolun 6,5 km-lik hissəsinə asfalt örtüyün çəkilməsinə başlanılacaqdır. Bu yoldan Bankə qəsəbə, Yenikənd kənd və Şirvanlı kənd sakinləri rahatlıqla istifadə edəcəklər.

Amma maraqlı olan odur ki,Lu-Mun Holding” şirkəti haqqında heç bir reyester məlumatı yoxdur. Yalnız o məlumdur ki, ofisi “Port Baku Towers” biznes mərkəzində yerləşir. Şirkətin reyestr məlumatları bilinmir. 

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84