Neftçalada qanunsuz odlu silah gəzdirən şəxs tutuldu

13:14 - 18 Avqust
    3280 oxunma

Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən əllərdə qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi istiqamətində növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib. 

Bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, Neftçala RPŞ-nin əməkdaşları tərəfindən daxil olmuş məlumat əsasında keçirilən əməliyyat tədbiri nəticəsində üzərində qanunsuz olaraq odlu silah gəzdirməkdə şübhəli bilinən rayonun Bankə qəsəbə sakini Anar Məmmədov saxlanılıb.

Keçirilən şəxsi axtarış zamanı A.Məmmədovun üzərindəki “LLAMA” markalı tapança və həmin silaha aid bir ədəd sandıqça aşkar olunaraq götürülüb. Faktla bağlı Neftçala Rayon Polis Şöbəsində araşdırma aparılır.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84