. .

Neftçalada 4 nəfər 9-cu sinif şagirdini zorlayıb yolun qırağına atdı  

15:27 - 09 Aprel
    14916 oxunma

Neftçalada zorakılığa məruz qalan 9-cu sinif şagirdi "Təmiz dünya” Qadınlara Yardım İctimai Birliyinin sığınacağına yerləşdirilib.

Qurumun sədri Mehriban Zeynalova açıqlamasında hazırda baş verənlərlə bağlı istintaq işlərinə başlanıldığını bildirib: "Psixoloqlar işləyir. Travmalar alıb, bu səbəbdən ilkin rəy vermək çətindir. Bir az müalicə olunmalıdır. Vəziyyəti normaldır, burada özünü yaxşı hiss edir. Məsələ ilə bağlı bütün qurumlar işləyir. Tibbi müayinədən keçməlidir. Ekspertizanın cavabları gəlib. Heç kəslə görüşə imkan verilmir, ancaq istintaq qurupu…”

Qeyd edək ki, sosial şəbəkədə  Neftçala rayon Mirqurbanlı kənd sakini olan azyaşlı qızın zorlanması ilə bağlı məlumatlar paylaşılıb. Həmin məlumatlarda bildirilir ki, atası ruhi xəstə olan 9-cu sinif şagirdi (qızın anası yoxdur) üç-dörd oğlan tərəfindən zorlanıb və kənddə yolun kənarına atılıb.

DAHA TEZ MƏLUMATLANMAQ ÜÇÜN FACEBOOK SƏHİFƏMİZİ



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84